• Be. Noy 25th, 2024

Putin Özbəkistan Prezidenti ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

ByYenigun.news

İyl 6, 2021

Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Bu barədə “Yenigun.news” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Tərəflər regional problemlərlə bağlı, ilk növbədə, Əfqanıstanda vəziyyətin gərginləşməsi kontekstində fikir mübadiləsi aparıblar.

“İkitərəfli gündəlikdə duran məsələlər müzakirə edilərkən Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına yüksək qiymət verilib”, – məlumatda deyilir.

İki ölkənin prezidentləri gələcək əlaqələr barədə razılığa gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir