• Be. Noy 25th, 2024

Dostluğun və qardaşlığın əyani təzahürü

ByVuqar Ferzeliyev

Avq 10, 2024

        Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak etmiş, Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri olub. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana ümumilikdə 15 rəsmi səfəri olub

      Prezident İlham Əliyevin cari ilin 9 avqust tarixində Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışı çox böyük məna kəsb edir. Dövlətimizin başçısı qeyd edib ki, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.
Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi- mədəni coğrafi regiondur. Ermənistanın işğalından azad edilm Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir.
      Ənənəvi sammit çərçivəsində ötən illər ərzində keçirilən tədbirlər bir daha göstərdi ki, region ölkələri tərəfindən qarşıya çıxan bir sıra problemlərin həlli istiqamətində uğurlu addımlar atılır. Biz özümüzü qoruya bilirik, milli səviyyədə proqramlarımız var, amma həm də daşımalardan imtina etmirik. Çünki daşımalar ölkələrimizə iqtisadi divident gətirir. Həm özümüzə, həm də digər məmləkətlərə kömək edirik və bu proseslərin hamısında Azərbaycan və Qazaxıstan çox yaxındırlar. Dövlətlərimizin rəhbərləri səviyyəsində dialoq həmişə yüksək səviyyədə keçir. Bu dialoq praqmatizim səviyyəsində köklənmiş dialoqdur. Həmişə bir-birimizdən xəbərdarıq. Bu da bizə kömək edir ki, yeni çağırış, təhdidləri lazımı qaydada dəyərləndirək, həm onları qarşılayaq, həm də vahid mübarizə sistemində bir nöqtədə olaq. Bizim böyük əməkdaşlıq planlarımız var. Sevindirici haldır ki, Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində iştirakçı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir.

         Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA mütləq qeyd olunmalıdır. Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. Əlbəttə, beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada apardığımız siyasət bizə imkan verir ki, daxili problemləri daha böyük uğurla həll edək. Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır.  Bu gün biz buna nail ola bilmişik. Əminəm ki, Prezident İlham Əliyevin sayəsində bundan sonra da belə olacaq.

Vahid Mirzəyev,

Cəlilabad RİH-nin şöbə müdirin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir