• Bz. Noy 24th, 2024

Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır

ByVuqar Ferzeliyev

Sen 11, 2024

   Prezident İlham Əliyev uzun illər ərzində Azərbaycan və İtaliyanın strateji tərəfdaşlar kimi fəaliyyət göstərdiyini qeyd edib, iki dövlət arasında müvafiq bəyannamənin təqribən 10 il əvvəl qəbul edidiyini bildirib. “Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”.

  Avropa dövlətlərinin Rusiya-Ukrayna müharibəsi səbəbindən Moskvadan neft və qaz məhsulları ala bilməməsi, daha dəqiqi, ona tətbiq etdiyi sanksiyalara müvafiq resursları almaq istəməməsi üzündən Azərbaycan Avropa üçün xilasedici kəmər rolunu oynayır. Eyni zamanda enerji tərəfdaşlığı amili Fransa və digər dövlətlərin ermənifil siyasəti üzündən Azərbaycanı şərləyib təkləmək istəmələri də baş tutmur. Yəni Azərbaycanın təbii resurslar bu ölkəyə həm iqtisadi, həm də siyasi dividentlər gətirir.

   Prezident İlham Əliyev çıxışında qeyd edib ki, İtaliya ilə Azərbaycanın ikitərəfli əlaqələri enerji və ticarətlə məhdudlaşmır. “Hazırda humanitar məsələlər üzərində fəal şəkildə işlər aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapiensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək”, – Prezident deyib.

   Onun sözlərinə görə, bu ölkələr arasında ikitərəfli münasibətlər qarşılıqlı etimad və hörmət, habelə qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub: “Bizim münasibətlərimiz bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir”.

   Dövlət başçısı Rusiya-Ukrayna münaqişəsinə toxunaraq bildirib ki, hər iki ölkə ilə yanaşı Azərbaycan da biz 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olub. “Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik.

  Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olduğunu qeyd edən Prezident bildirib ki, ötən illərdə AŞ-la ölkəmizin əməkdaşlığının fəal mərhələsi də, Avropa Şurasının Parlament Assambleyası tərəfindən tənqid olduğumuz dövrlər də olub. Dövlət başçısı deyib ki, biz Avropa konvensiyalarının əksəriyyətinə qoşulmuşuq. Biz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edirik, ancaq suverenliyimiz tam şəkildə bərpa olunandan bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum edib. “Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq”, – dövlət başçısı bildirib

Həmidova Günay

Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir