• Bz. Sen 29th, 2024

Karbohidrogen məhsulları ixracının reallaşması ölkəmizin mənafeyinə xidmət edir

ByVuqar Ferzeliyev

Sen 28, 2024

        Prezident İlham Əliyevin 26 sentyabr tarixində keçirilmiş iqtisadiyyata dair müşavirədə ölkəmizin maraqlarını ifadə edən məsələlərə uyğun olaraq bildiribki,artıq enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi bütün aparıcı beynəlxalq maliyyə institutlarının iştirakı ilə reallaşan azsaylı layihələrdəndir. Nüfuzlu enerji və tikinti şirkətlərinin, investorların fəal iştirakı layihənin yüksək səmərəliliklə tamamlanmasını  şərtləndirən əsas faktorlardan biridir. Budəfəki toplantıda ötən illə müqayisədə daha çox sayda ölkə və şirkətlərin iştirakı onu göstərir ki, yeni bazarlarda da Azərbaycan qazına ehtiyac var.

      Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır.

        Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini irəli sürür.

        İndiki halda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun artması, həm də ölkəmizin regiondakı geosiyasi mövqeyinin daha da güclənməsi baxımından da vacib hesab olunur. Nəzərə alsaq ki, Avropada enerji böhranı var. Xüsusən də Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi fonunda Avropanın mavi qaza tələbinin ödənilməsi xüsusi müzakirə olunan məsələlərdəndir.

       Artıq enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır. Ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi mövqelərini daha da gücləndirir. Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumuniya, Moldova və Macarıstan hökumətləri layihədə fəal iştirak edirlər.

       Bu isə bütövlükdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artmasını şərtləndirən amillərdən biridir.Getdikcə iştirakçı dövlətlərin Azərbaycan haqqında olan fikirləri müsbət istiqamətdə inkişaf edir. Azərbaycan öz verdiyi sözə və bağladığı müqaviləyə sona kimi sadiqdir. Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir.

Sadiq Şahbazov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir