• Bz. Noy 24th, 2024

Bütün dövrlərinin mütləq prioriteti.

ByVuqar Ferzeliyev

Noy 6, 2024


           Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması və işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi bütün dövrlər ərzində dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub.

Məqsədyönlü və prinsipial siyasət, ordu quruculuğu hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycanın məqsədi hər zaman güclü ordu yaratmaq idi. Bunun üçün də bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb.

Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.

Bu gün Azərbaycanın iqtisadi üstünlüyü  bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaradıb. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib edib. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Görülən işlərin sayəsində bu gün  Azərbaycanın beynəlxalq nüfuzu dünya dövlətləri arasında güclənib.

Soltanova Zahidə

Saatlı Dövlət Rəsm Qalereyasının bələdçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir