• Ç. Noy 6th, 2024

“44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi” – Prezident İlham Əliyev

ByVuqar Ferzeliyev

Noy 6, 2024

     Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Biz  döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Bu gün işğaldan azad olunmuş torpaqlarda qurub-yaradırıq. Bütün bunlar isə əsgər və zabitlərimizin fədakarlığı sayəsində əldə edilib. Məhz bu 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı birlik, iradə göstərdi. Füzuli istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümün üstünə gedərək, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı.

     44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi . Bu gün hər bir Azərbaycanlı bu torpağın vətəndaşı olmaqla fəxr edir. Bizim nəsil xoşbəxt nəsildir. Çünki, şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Zaman keçəcək,nəsillər bir-birini əvəz edəcək, lakin Vətən uğrunda canından keçən igidlər həmişə qürurla xatırlanacaqdır. Onların xatirəsi daim əbədiləşdiriləcək. Qaraxanbəyli kəndinin yaxınlığında Şəhidlərimizin xatirəsinə qaya parçasında abidə ucaldılması da Şəhidlərimizə olan ehtiramın bariz nümunəsidir. Bu gün Azərbaycan xalqının hər bir nümayəndəsi öz Prezidentinə inanır, müzəffər Ordusuna güvənir.

Gülnarə Mirzəliyeva

SaatlıMKS-nin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir