• Ca. Noy 14th, 2024

10 noyabr Bəyanatı güclü dövlət olduğumuzu isbat etdi

ByVuqar Ferzeliyev

Noy 9, 2024

          2020-ci ilin 10 noyabrında imzalanmış Üçtərəfli Bəyanatla şanlı Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğ¬runda mübarizəsinə qalib möhürü vuruldu, Azərbaycanın yeni qəhrəmanlıq salnaməsi təsdiq edildi. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

        Bizim Qələbimiz Prezident İlham Əliyevin dün¬ya miqyaslı lider kimi apardığı qətiyyətli, hərtərəfli, uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Məhz cənab Prezidentin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi nəticəsində Azərbaycan xalqı dövlətinin, liderinin ətrafında sıx birləşdi və bu birlik, həmrəylik “dəmir yumruğa” çevrilərək Azərbaycan Ordusunun simasında düşmənin başını əzdi. Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya isbat etdi.       

        Üçtərəfli Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu.

         Vətən müharibəsində qazanılan Zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda çox işlər görülür. Demək olar ki,  yerlə bir edilmiş bölgə  gözümüzün önündə bərpa olunur. Azərbaycanın haqlı mövqeyini təsdiq etmiş Üçtərəfli  Bəyanat bir daha göstərir ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılması və Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsi imzalanmalıdır.     

        Üçtərəfli Bəyanatın imzalanması nəticəsində həmçinin regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Bəyanat Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını təsdiq edir. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır.

      Beləliklə,  rəsmi İrəvanın uzun illər ərzində ordu haqqında bəslədiyi mif puç oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Əlyusif Aslanov,

Cəlilabad Tibb Kollecinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir