• C. Noy 22nd, 2024

Azərbaycan-Türkiyə birliyi iftixar hissi doğurur

ByVuqar Ferzeliyev

Noy 9, 2024

         Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. Vətən müharibəsində Türkiyənin Azərbaycana dəstəyi bir çox maraqlı xarici qüvvələrin  bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən dəstək və həmrəylik nümayişi hər zaman Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması isə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırmışdır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.

      Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Prezidentlər  İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində  iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Bilirik ki, Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir, bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.

        Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu.

         Bir sözlə, Türkiyənin iqtisadiyyatın, mədəniyyəti, hərbi doktrina və digər sahələrdəki zəngin təcrübəsi bizim üçün çox önəmlidir. Azərbaycanı və Türkiyəni birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bir vətəndaş kimi İki qardaş xalqın uğurlarına qəlbən sevinir, dostluğumuzla və dərin qarşılıqlı əlaqələrimizdən iftixar duyuruq.

Qeyd edək ki, Üçtərəfli Bəyanat eyni zamanda yeni kommunikasiya layihələri üçün zəmin yaratmış müqavilədir. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır.

Ələkbər Dövlətov,

Lənkəran-Regional Qaz İstismarı İdarəsinin

rəisinin Cəlilabad rayonu üzrə müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir