• C. Noy 22nd, 2024

Türk Dünyası ölkələri arasında əlaqələr inkişaf edir

ByVuqar Ferzeliyev

Noy 10, 2024

       Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü keçirilib. Üzv ölkələrin prezidentləri iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük sahələrində əsas məsələlərlə bağlı qərarlar qəbul ediblər. Maraqlı cəhət bundan ibarətdir ki, Türkmənistan müşahidəçi statusundan təşkilatın tamhüquqlu üzvü statusunu qazanıb. Bir gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovla danışıqlar zamanı TDT-nin genişləndirilməsinin faydalarından danışıb. Təbii ki, Yaxın Şərq münaqişəsi ilə müzakirələr də aparılıb. Macarıstanın baş naziri Viktor Orbanın TDT-nin sammitində iştirakı isə bu qurumun daha geniş arealda özünü təsdiq edəcəyi proqnozlarını gerçəkləşdirir. Onu da qeyd edək ki, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

        Türk dövlətləri ilə etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, bu 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr siyasi, iqtisadi və mədəni qarşılıqlı əlaqələri yeni səviyyəyə qaldırılır.

         TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. 2020-ci il türk dünyası üçün yadda qalan oldu. Belə ki, türk dünyasının önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir.

        Prezident İlham Əliyev sammitdə çıxış edərkən demişdir ki,  Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.

Rahib Kərimov,

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir