• Be. Noy 25th, 2024

TDT: möhtəşəm layihələr, yeni üfüqlər

ByVuqar Ferzeliyev

Noy 10, 2024

Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının Bişkekdə Sammit çərçivəsində keçirilən iclasında çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. TDT-nin yaradılmasında Azərbaycanın bir parçası olan Naxçıvanın böyük rolu var, Şuşa şəhəri isə öz qonaqpərvərliyi, mənəvi keyfiyyətləri ilə Türk xalqlarının birliyinin bariz təzahürünü özündə birləşdirir.

Yüz minlərlə azərbaycanlı keçmiş məcburi köçkünün öz ata-baba yurdlarına qayıdışı üçün Azərbaycan dövlətinin atdığı addımlar da daxil olmaqla, işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpasında Türk dövlətlərinin iştirakı həmrəylik nümunəsi, anti-müharibə göstəricisidir. Təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib. qeyd edilib ki, bu ilin iyul ayında Şuşa şəhərində keçirilən Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Vurğulanıb ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərib və bu gələcəkdə təşkilatın potensialının daha da güclənməsinə öz töhfəsini verəcəkdir.

Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.

İqtisadiyyat möhkəm olmadan dövlətlərin inkişafı mümkün deyil və bu görüşlərdə beynəlxalq münasibətlərə önəm verilməklə bərabər, həm də sərmayə qoyuluşu, iqtisadiyyatın inkişaf etdirilməsi, ixrac məsələlərinin gündəmə gətirilməsi diqqət mərkəsizində saxlanılır. Prezident İlham Əliyev Zirvə görüşündə bunu bir daha bildirdi. Ölkə başçımız bəyan etdi ki, “Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir”. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.

Hikmət Qələmov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Zopun kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir