• Be. Noy 25th, 2024

Milli Konstitusiyamız iftixarımızdır

ByVuqar Ferzeliyev

Noy 11, 2024

      Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ərsəyə gəlmiş və qəbul edilmiş Əsas Qanun ölkəmizin tarixində çox mühüm və taleyüklü tarixi hadisə olmaqla demokratiyamızın, dövlət suverenliyimizin, insan hüquq və azadlıqlarının təminatı sahəsində artıq bizə çox şey vermişdir. Bizim cəmiyyətin ən mühüm dəyərləri bu qanunun təməl prinsiplərini təşkil edir.

       Konstitusiyamızda demokratik və hüquqi dövlət quruculuğunun əsasları göstərilmiş, hər bir vətəndaşın hüquq və azadlıqları, seçib-seçilmək hüququ, ölkənin siyasi və iqtisadi həyatıında fəal rolu təsbit olunmuşdur. Bizim milli Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun  yaradıcılığı praktikasına, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, dünyəvi dövlət quruculuğu üçün baza rolunu oynamışdır.

       İlk Konstitusiyamızın qəbul olunmasından keçən müddət tarixən qısa olsa da, Azərbaycan Respublikası həmin müddətdə bütün sahələrdə xeyli irəliləmiş, ölkədə aparılan siyasi və iqtisadi islahatlar, həyata keçirilən demokratik dəyişikliklər iqtisadiyyatın intensiv inkişafına, sosial-iqtisadi və ictimai-siyasi həyatda böyük uğurların qazanılmasına imkan yaratmışdır. Strateji məqsədlərin həyata keçirilməsi, qlobal iqtisadi və sosial layihələrin reallaşdırılması, dövlətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq baş verən yeniliklər yetərincədir. Hüquqi və vətəndaş cəmiyyəti quruculuğunda yeni meyillər, cəmiyyətin inkişafında pozitiv cəhətlər meydana çıxır, beynəlxalq əlaqələr və insan münasibətləri təkmilləşir, ayrı-ayrı dövlətlərin siyasi sistemlərindən müsbət cəhətlər mənimsənilir.

        Məhz bu hadisədən sonra ölkəmizdə hüquqi islahatların beynəlxalq standartlara uyğunlaşdırılması yolunda ciddi addımlar atıldı, bütün dövlət və ictimai təşkilatların iş üsulları Konstitusiyanın tələblərinə fəal şəkildə uyğunlaşdırıldı. Müstəqilliyimizin inkişaf etdirilməsi, ölkə üçün hava və su kimi lazım olan sabitliyin bərqərar olması yeni vüsət aldı, əsil vətəndaş cəmiyyəti təşəkkül tapdı.

       Ötən il Konstitusiyaya əlavə və dəyişikliklər qəbul edildi ki, bu da zamanın tələblərindən irəli gəlmişdir. Həmin məsələ respublikamızın ictimaiyyətinin dərin marağına səbəb oldu, geniş kütlə  tərəfindən razılıqla qarşılandı. Ümumxalq müzakirəsinə təqdim edilmiş Referendum Aktının hamı tərəfindən rəğbətlə qarşılanmasının əsas səbəbi o idi ki, bu müddəalar insanların gələcəyinin daha parlaq olmasına yönəlmişdir, dövlətin və dövlətçilik ənənələrinin, demokratiyanın daha da inkişaf etdirilib möhkəmləndirilməsi  məqsədini güdür. Dəyişikliklərə diqqət yetirərkən gördük ki, məqsəd Konstitusiyanın daha da təkmilləşdirilməsindən, insan və vətəndaş hüquq və azadlıqlarının daha da inkişaf etdirilməsi və etibarlı mühafizəsindən, sivil, çağdaş modernləşdirmə siyasətini həyata keçirtməkdən ibarətdir, bunlar çoxşaxəli olmaqla inkişafın ayrı-ayrı sahələrini əhatə edir.

        Konstitusiya Günümüz mübarək olsun!

Varid Əsgərov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir