• C. Noy 15th, 2024

Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır.

ByVuqar Ferzeliyev

Noy 15, 2024

Azərbaycan tarixi ipək yolu üstündə müxtəlif sivilizasiyaların qovuşduğu, millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı məmləkətdir. Burada multikulturalizm alternativi olmayan həyat tərzi yaşanır. Azərbaycanın paytaxtı Bakıda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması istiqamətində çox iş görülmüşdür. Bəşəri dəyərlərə, bütün xalqların milli-mənəvi sərvətlərinə hörmətlə yanaşan, bunu beynəlxalq səviyyədə təbliğ edən Azərbaycan xalqı multikulturalizm ənənələrinə sadiqliyi ilə də seçilir. Sivilizasiyalar, Asiya ilə Avropa arasında coğrafi, mədəni, siyasi baxımdan körpü rolunu oynayan, heç zaman dini, milli zəmində münaqişə yaşanmayan respublikamız əbəs yerə nadir sabit ölkə adlandırılmır. Ölkəmizdə yaşayan millətlər, müxtəlif dinlərin nümayəndələri ən ağır zamanlarda belə Azərbaycanın ümumi inkişafı naminə birgə çalışmışlar. Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verən ölkədir. Azərbaycanda multikulturalizm dövlət siyasətinin tərkib hissəsidir. Son 30 il ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara imza atıb. Hər bir beynəlxalq əhəmiyyətli tədbir həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayır. COP29-un iştirakçılarının çoxluğu, ən əsası böyük əksəriyyətinin ölkəmizdə ilk dəfə olması Azərbaycan həqiqətləri barədə dolğun məlumat əldə etmələri ilə yanaşı, onları ölkələrində təbliğ etmələrinə geniş imkanlar yaradacaq. Tarixi Zəfərimizdən sonra hazırda işğaldan azad edilmiş ərazilər genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Liderlər Sammitindəki çıxışlarda da qeyd olunduğu kimi, dağılmış şəhərlərimiz, kənd və qəsəbələrimiz Prezident cənab İlham Əliyevin fəaliyyəti nəticəsində yenidən bərpa edilir. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanır. Qonaqlar ölkəmizlə daha yaxından tanış olmaq, onun tarixini, ənənələrini və mədəniyyətini öyrənmək imkanı qazanırlar. Prezident İlham Əliyev Liderlər Sammitindəki çıxışında diqqəti bir daha 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarına yönəldərək qeyd etdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Azərbaycan növbəti uğur hekayəsini yazır. COP29 Azərbaycana böyük iqtisadi və siyasi dividend qazandıracaq. Yeni əlaqələr, yeni körpülər qurulacaq. Azərbaycan bu əlaqələrin təşəbbüsçüsü və iştirakçısı olaraq beynəlxalq arenada söz sahibliyini daha da artıracaq. Dünyanın Bakıya toplaşması, qlobal məsələlərin məhz Azərbaycanda müzakirə olunaraq ümumi mövqeyin ortaya qoyulması ölkəmizin sabitləşdirici, birləşdirici aktor kimi artan roluna işıq salır.

Sürəyya Zeynalova

Saatlı Tarix-diyarşünaslıq muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir