• Şb. Yan 11th, 2025

Bizə sülh və əminamanlıq lazımdır

ByVuqar Ferzeliyev

Yan 10, 2025

Göründüyü kimi, rəsmi Bakı vaxtaşırı yanlış qənaətlərin təsiri altına düşən, postsovet məkanında cərəyan edən bəzi proseslərdən cəsarətlənib, xam xəyallara qapılmaq vərdişləri olan Ermənistana növbəti dəfə durmalı olduğu yeri tam dəqiqliyi ilə işarə etdi. İndi rəsmi İrəvan üçün xam xəyallardan uzaqlaşıb, yenidən reallığa dönmək vaxtıdır.
        Yanvarın 7-də yerli telekanallara verdiyi müsahibədə bu məsələ barəsində aydın fikirlər açıqladı.  Dövlət başçısı bir daha bəyan etdi ki, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir. Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək.
        Biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və
təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik.
Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Ancaq Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz. Ermənistana bu silahlar ya pulsuz verilir, ya da ki, kredit şəklində. O kreditlər də müəyyən dövrdən sonra silinir. Eyni zamanda, Avropa İttifaqının dırnaqarası sülh fondundan. Deməli, bu sülh fondu silahlanmaya istiqamətləndirilir.
       Ermənistanın silahlanması yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. Azərbaycan isə artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. 

                                                                                             Rüstəm Rüstəmov,
                                     Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
                               Seyidbazar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir