• Ça. Yan 14th, 2025

Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır.

ByVuqar Ferzeliyev

Yan 13, 2025

“Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik.” Bu sözləri ölkə rəhbərimiz Cənab Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləmişdir.
    Ermənistanın faktiki olaraq bölgə üçün bir təhdid mənbəyi olduğuna diqqət yönəldən Cənab Prezidentimiz İlham Əliyev müsahibə əsnasında söylədi ki, – “Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda bilirdilər. Ermənistanın müttəfiqləri, havadarları təbii ki, bilirdilər və bu fikirləri bölüşürdülər. Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur”.
   Azəebaycana qarşı nə qədər hasızlıqlar etsələr də, dövlətimizin və xalqımızın əzmkarlığı və ədaləti bərpa etmək istəyi 30 illik ədaləti bərpa etdi və torpaqlarımızı mənfur erməni işğalından xilas etdi.

Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı                             

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir