• Ça. Yan 14th, 2025

Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir.

ByVuqar Ferzeliyev

Yan 13, 2025

Prezident İlham Əliyevin ölkəmizin İslam dünyasının inkişafında oynadığı mühüm rol barədə fikirlərinin önəmini vurğulayan deputat əlavə edib ki, Azərbaycanın keçən il beynəlxalq aləmdə əldə etdiyi mühüm uğurlardan biri də D-8 təşkilatına üzv qəbul olunmasıdır. Bu təşkilat təqribən 30 il əvvəl Türkiyənin təşəbbüsü ilə yaradılmışdı və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində təşkilata əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən ilk üzv məhz Azərbaycan oldu. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Ümumiyyətlə, ölkəmiz hər zaman müsəlman aləminin dəyərli üzvü olub. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı da bütün dövrlərdə Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin İslam həmrəyliyi ilə bağlı atdığı addımlar, ölkəmizdə İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin keçirilməsi, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının təşkili – bütün bunlar əlbəttə ki, Azərbaycanın İslam dünyasında da nüfuzunu yüksəldən addımlardır.
“Ölkəmiz bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəlman ölkələrinin maraqlarını müdafiə edir. Azərbaycan, həmçinin bir çox müsəlman ölkələrinə yardımlar edib, istər COVID dövründə, istərsə də müxtəlif digər hallarda. Ölkəmiz Fələstin xalqının üzləşdiyi fəlakətlə əlaqədar oraya yardım göstərənlər arasında ön sıralarda olub. Suriyada artıq Əsəd rejiminin çökməsindən, yeni hökumətin formalaşmasından sonra Türkiyənin ardınca ikinci ölkə Azərbaycan oldu ki, oraya humanitar yardım göndərdi. Prezident xüsusi qeyd etdi ki, biz istənilən digər yardımları göstərməyə hazırıq. Azərbaycan bütün müsəlman ölkələrinin maraqlarını öz maraqları kimi qəbul edir və məhz bu amil də D-8-in genişlənməsi siyasətindən sonra birinci seçimin Azərbaycanla bağlı olmasında mühüm rol oynayıb. Artıq D-8 həm Qafqaz, həm də Xəzər regionunda genişlənib və Prezident İlham Əliyevin dediyi kimi, coğrafiyamız nə qədər geniş olsa, imkanlarımız da o qədər geniş olacaq”

Sürəyya Zeynalova
Saatlı Tarix-diyarşünaslıq muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir