Prezident İlham Əliyev 13 mart 2025-ci il tarixində Bakıda keçirilən 12-ci Qlobal Forumda iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə vurğulayıb ki, hazırda Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə tam şəkildə razılıqların əldə edilməsi təmin olunub. Bəzi texniki məsələlər ətrafında isə müzakirələrin davam etdirilməsinə ehtiyac var: Lakin, bütün qeyd olunanlara baxmayarq bu gün Azərbaycanın bölgədəki sülh naminə siyasəti və Qafqazda inkişafa və əməkdaşlığa əsaslanan təklifləri bir sıra dövlətlər və siyasi dairələr tərəfindən qara piar kompaniyasına məruz qalır. Buna dəstək verən ikinci əsas dövlətlərdğn biri də Fransadır. II Qarabağ müharibəsindən sonra Fransa tamamilə Azərbaycana qarşı siyasi kurs götürdü. Bütün diplomatik münasibətlərin üstündən xətt çəkən Fransa birmənalı şəkildə tərəf keşlik nümayiş etdirərək Ermənistanın silahlandırılmasını təmin edir və hətta bu işə Hindistanı da cəlb edib. Bütün bu cəhdlər Qafqazda uzunmüddətli sülhə yönəlmiş siyasətə müəyyən dərəcədə təsir edir. Lakin, Azərbaycanın bu istiqamətdəki uğurları və prinsipiallığı həmin dairələrin ümidlərini puç edir.
30 il ərzində BMT 4 qətnaməsi kağız üzərində qaldığı şəraitdə Azərbaycan 44 gün ərzində bunu real olaraq icra etdi və bölgədə separatizmə son qoydu. Müharibədən dərhal sonra bölgədə yeni müxtəlif vektorlu əməkdaşlıq platformaları təklif olundu. Çox təəsüf ki, adları qeyd olunan dövlətlərə və xüsusilə Qafqazda sülhə qarşı yönəlmiş mərkəzlər hələ də bu istiqamətdə işlərini davam etdirilər. Biz Ermənistan rəsmilərinin Hindistana, Fransaya intensiv səfərlərini, silahlanma siyasətini davam etdirdiyini görürük. Eyni zamanda sərhəddəki “mülki missiya”nın fəallaşması Ermənistanı bir qədər də arxayınlaşdırır. Amma təbii ki, Azərbaycan da qabaqlayıcı tədbirlər görməkdədir.
Ölkəmizin rəhbərinə verilən suallardan biri də Amerika-Azərbaycan münasibətlərinin nizama salınmasıdır və bu gün Azərbaycanın beynəlxalq aləmlə əlaqələrinin möhkəmləndirilməsinə önəm verməsi, eləcə də Amerika kimi güclü bir dövlətlə əlaqələrin yaradılması qarşıda duran əsas vəzifələrdən sayılır və Azərbaycan dövləti, Azərbaycan Prezidenti daimi beynəlxalq münasibətlərin yaradılmasına, əlaqələrin möhkəmləndirilməsinə səy göstəribdir. Keçmiş ABŞ höküməti son 30 il ərzində qurulmuş münasibətləri tamamilə alt üst etdi. Bu gün də, Ermənistan həmin kabinetin həyata keçirdiyi siyasətdən faydalanmağa çalışır.
Vahid Mirzəyev,