• Ç. Mar 19th, 2025

Ölkəmiz siyasi, iqtisadi və mədəni cəhətdən qlobal dialoq məkanına çevrilib

ByVuqar Ferzeliyev

Mar 17, 2025

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cari ilin 14 mart tarixində “Euronews” televiziyasına müsahibəsi zamanı səmimi və maraqlı çıxışı ilə diqqət çəkib. O, müsahibə zamanı qeyd edib ki, qlobal transformasiya dövründə beynəlxalq təşkilatların təsir gücü getdikcə azalır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bəzi beynəlxalq təsisatlar ya öz zəifliyini nümayiş etdirir, ya da tamamilə fəaliyyətsiz hala düşüb. Bu səbəbdən də ölkələr beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan daha çox, ikitərəfli münasibətlərə üstünlük verməyə başlayırlar. Hazırkı dövrdə dünya sabitlikdən çox xaosa doğru gedir. Münaqişələr artır, qlobal siyasi və iqtisadi balans dəyişir. Gələcəkdə baş verəcək hadisələr bu tendensiyanın hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edəcək.

Prezindent İlham Əliyev istər Forumdakı çıxışında, istərsə də televiziyaya verdiyi müsahibəsində bir çox məsələlərə aydınlıq gətirib və dünyanı narahat edən probləri, bu problemləri yaradan səbəbləri aydın faktlarla şərh edibdir.Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər bilavasitə ölkəmizin dünyada qazandığı nüfuzdan irəli gəlir və həm də bu tədbirlərin yüksək səviyyədə keçirilməsini əsaslandırır. Ölkəmiz siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Ötən dövr ərzində ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi buna sübutdur. Pandemiya ilə əlaqədar obyektiv səbəblərdən bir müddət kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılsa da, artıq tədricən həyat öz axarına qayıdır və Bakı şəhəri qlobal dialoq məkanı olaraq öz rolunu davam etdirir.

        Azərbaycan bölgədə enerji təminatçısı rolunda həm ənənəvi, həm də alternativ bərpa olunan enerji mənbələri üzərindən enerji diplomatiyasını davam etdirməkdə israrlı olduğunu ortaya qoyur. Bu məslədə hər bir iştirakçı ola biləcək dövlətlərə imkanlar eyni məzmunda təklif olunur. Bu Azərbaycanın enerji diplomatiyasındakı etibarlı tərəfdaş olmasınım bariz nümunəsidir.

Prezident İlham Əliyev iqtisadi vəziyyəti təhlil edərək bildirib ki, son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı da təqribən 50 faizdən 5,5 faizə qədər enib. İqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu dörd dəfə artıb və bu, bir ölkə üçün çox əhəmiyyətli nailiyyət hesab edilməlidir.

Rüstəm Rüstəmov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Seyidbazar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir