“Şuşanı azad edən oğlanlar, görəsən, baş verənlərə baxıb nə düşünürlər?
Yenigun.news xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Turan İbrahimov şəxsi “Facebook” səhifəsində yazıb:
“Qayalardan, dar cığırlardan min bir əziyyətlə dırmanıb dişiylə-dırnağıyla, qanıyla-canıyla möcüzəvi bir şəkildə Şuşanı azad edən oğlanlardan sağ qalanlar, görəsən baş verənlərə baxıb nə düşünürlər?! Heç yerə yozmayın. Sadəcə səsli düşündüm…”
Qeyd edək ki, ötən həftə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri baş tutub. Onlar arasında Zaur Baxşəliyev də olub.
Şuşadan və Gövhər Ağa məscidindən kadrlar paylaşan aparıcı hər kəsi kövrəldib. Şuşaya daxil olarkən göz yaşlarına hakim ola bilməyib.