• C. Sen 18th, 2026

Xalqımızın milli-mənəvi dəyərlərə sədaqəti daimidir

ByVuqar Ferzeliyev

Sen 18, 2026

          15 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərini, TDT Baş katibini və Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq Elmi-Praktiki Konfransın iştirakçılarını qəbul edib.

    Mötərəm Prezidentimiz  Şuranın Türk dövlətləri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsində, eləcə də sülh, ədalət və qardaşlıq kimi İslam dəyərlərinin təbliğində mühüm rolunu vurğulayıb. Dövlət başçısı Azərbaycanın regional əməkdaşlığa, Türk və İslam dünyasının rifahına töhfə verən təşəbbüslərə hər zaman dəstək göstərdiyini diqqətə çatdırıb.

    Bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə qalib gələ bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq. Çünki biz bu ədalətsizliklə üzləşmişdik. 30 il biz bütün Avropa təşkilatlarında öz səsimizi ucaldırdıq, həqiqəti çatdırmağa çalışırdıq. Elə mən özüm şəxsən 2001-ci ildə, – o vaxt Milli Məclisin deputatı idim, Azərbaycan Avropa Şurası Parlament Assambleyasına üzv olmuşdu, mən də Azərbaycan nümayəndə heyətinin başçısı idim, – bizim nümayəndə heyəti oraya gələndə, birinci növbədə bu məsələni qaldırdıq ki, ədalətsizliyə son qoyulmalıdır və nə tələb edirdik? Tələb etmirdik ki, Avropa Şurası, gedin, Ermənistana qarşı vuruşun. Tələb edirdik ki, siyasi qərar qəbul edin. İşğalçını işğalçı adı ilə çağırın və siyasi qərarın qəbul edilməsi faktiki olaraq bir siyasi qiymətdir. Bunu etmək istəmədilər. Siyasi qiymət verilmədi. Əksinə, bizi qaralayırdılar, bizi ləkələyirdilər və bu gün də bu, davam edir.

 Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur. Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm – rüşvətxorlar yuvasıdır Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır.

                                                                                                            Fəttah Kərimov,

                                                                     Cəlilabad Rayon İcra Hakimiyyəti     

             başçısının Uzuntəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir