• Ça. Sen 29th, 2026

Uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik.

ByVuqar Ferzeliyev

Sen 29, 2026

   Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş iqtisadi imkanlardan səmərəli istifadə etməklə uzunmüddətli və dayanıqlı iqtisadi artıma nail olmaqdır. Bu məqsədə çatmaq üçün iqtisadiyyatın neft-qaz sektorundan asılılığının tədricən azaldılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Ölkənin müxtəlif sahələrdə mövcud olan potensialı yeni iqtisadi imkanların formalaşdırılması üçün geniş perspektivlər yaradır.

Bu istiqamətdə prioritet sahələrdən biri bərpaolunan enerjidir. Azərbaycanın günəş, külək və digər alternativ enerji mənbələri baxımından böyük potensiala malik olması bu sahənin inkişafını zəruri edir. Bərpaolunan enerjidən daha geniş istifadə həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də ətraf mühitin qorunmasına mühüm töhfə verə bilər.

Son illərdə alternativ enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın enerji siyasətində yeni mərhələnin formalaşdığını göstərir. Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi ölkənin enerji istehsalında təmiz mənbələrin payının artırılmasına şərait yaradır. Eyni zamanda, bu sahəyə xarici və yerli investisiyaların cəlb edilməsi yeni iş yerlərinin yaradılmasına və müasir texnologiyaların ölkəyə gətirilməsinə imkan verir.

Qeyri-neft sektorunun digər istiqamətlərinin inkişafı ilə yanaşı, bərpaolunan enerjiyə qoyulan investisiyalar Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynaya bilər. Mövcud potensialdan düzgün və səmərəli istifadə etməklə ölkənin dayanıqlı iqtisadi artım imkanlarını daha da genişləndirmək mümkündür. Bu isə həm iqtisadiyyatın şaxələndirilməsinə, həm də gələcək nəsillər üçün daha dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edir.

Hüseyn Eynullayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı                 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir