• Ç. Okt 7th, 2026

Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi.

ByVuqar Ferzeliyev

Okt 7, 2026

Azərbaycanın müasir tarixində 2020-ci il Vətən müharibəsi dövlətçilik salnaməsinin ən mühüm dönüş nöqtələrindən biridir. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq ərazilərimizin böyük hissəsini işğaldan azad etdi, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nəticə əldə olundu. Lakin bu Qələbə son məqsəd deyil, daha böyük strateji hədəfə – Azərbaycanın bütün ərazisində suverenliyin və konstitusiya quruluşunun tam bərpasına aparan yolun mühüm mərhələsi idi.

       Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi “Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi” fikri məhz bu tarixi və siyasi reallığın mahiyyətini ifadə edir. Dövlət başçısının qeyd etdiyi kimi, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrınadək

Azərbaycanın qarşısında yeni təhlükəsizlik çağırışları yaratdı. 2023-cü il sentyabrın 19-da törədilən genişmiqyaslı təxribatlardan sonra Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirlərinə başladı. Əməliyyatın qarşısında duran əsas məqsədlər qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsi və Azərbaycanın konstitusiya quruluşunun həmin ərazilərdə bərpası idi.

Antiterror əməliyyatı cəmi 23 saat davam etdi və sentyabrın 20-də başa çatdı. Bunun nəticəsində Qarabağda separatçı silahlı qüvvələrin fəaliyyəti dayandırıldı, qanunsuz silahlı birləşmələrin tərksilahı təmin edildi və Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası üçün tarixi şərait yarandı. Beləliklə, 2020-ci ildə ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilmiş Zəfər 2023-cü ildə dövlət suverenliyinin tam bərpası ilə tamamlandı.

Azərbaycan 2020-ci ildə hərbi müstəvidə yaratdığı yeni reallıqları sonrakı illərdə siyasi və hüquqi müstəvidə möhkəmləndirdi. Diplomatik danışıqlar, beynəlxalq təşkilatlarda aparılan ardıcıl fəaliyyət, hərbi-strateji mövqelərin gücləndirilməsi və nəhayət, antiterror tədbirləri vahid dövlət strategiyasının müxtəlif istiqamətlərini təşkil etdi.

       Bu yanaşmanın əsasında məqsədyönlülük, ardıcıllıq, milli maraqların qorunması və dövlət suverenliyinin təmin edilməsi dayanırdı. 2020-ci ilin Zəfəri ilə başlayan, 2022-ci ildə diplomatik və hüquqi müstəvidə mühüm nəticələrlə möhkəmlənən və 2023-cü il sentyabrın 20-də suverenliyin tam bərpası ilə nəticələnən tarixi proses Azərbaycanın ərazi bütövlüyü məsələsində uzunmüddətli və ardıcıl dövlət siyasətinin məntiqi yekunu oldu.

      Zəfərdən sonrakı dövr Azərbaycan tarixində yalnız müharibədən sonrakı mərhələ deyil, milli suverenliyin tam təmin edildiyi yeni siyasi mərhələnin başlanğıcı kimi səciyyələndirilə bilər. 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması da bu tarixi mərhələnin dövlətçilik baxımından əhəmiyyətini ifadə edir. Azərbaycan xalqının uzun illər ərzində gözlədiyi tarixi ədalət bərpa edilmiş, dövlətin bütün ərazisində qanunun aliliyi və suverenliyi təmin olunmuşdur.

Səmədova Gülnarə

Saatlı Dövlət Rəsm Qalereyasının elmi işçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir