Azərbaycan xalqının tarixində milli birlik və həmrəyliyin xüsusi əhəmiyyət daşıdığı mühüm hadisələr vardır. Qarabağ məsələsi uzun illər ərzində xalqımızın ən ağrılı problemlərindən biri olmuş, torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası əsas milli məqsədlərdən birinə çevrilmişdir.
Azərbaycan xalqı öz haqqının bərpasını tələb edir, ölkənin ərazi bütövlüyünün təmin olunmasını gözləyirdi. Bu prosesdə xalqın həmrəyliyi və dövlətçilik mövqeyi mühüm rol oynadı. Azərbaycan xalqı Vətən müharibəsi zamanı “dəmir yumruq” ətrafında birləşərək öz iradəsini nümayiş etdirdi. Xalq və dövlət arasındakı birlik Azərbaycanın qarşıya qoyduğu məqsədlərə çatmasında mühüm amillərdən biri oldu.
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışında Azərbaycanın keçdiyi tarixi yol, milli birlik və dövlətçilik məsələləri ilə yanaşı, Vətən müharibəsinin nəticələri və ölkənin gələcək inkişaf istiqamətləri də diqqət mərkəzində olmuşdur.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə etdi. Azərbaycan Ordusunun hərbi uğurları xalqın milli iradəsi və dövlətin həyata keçirdiyi siyasətlə birlikdə ölkənin tarixində yeni mərhələnin başlanğıcını qoydu.
Azərbaycan xalqının yumruq kimi birləşməsi yalnız müharibə dövründə deyil, ölkənin bütün mühüm tarixi sınaqları qarşısında milli həmrəyliyin göstəricisi kimi dəyərləndirilə bilər. Bu birlik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, milli maraqların qorunmasında və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində mühüm amildir.
Bu baxımdan, Azərbaycan xalqının öz haqqını tələb etməsi və dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlər ölkənin müasir tarixində mühüm yer tutur. Xalq-dövlət birliyi Azərbaycanın əldə etdiyi nəticələrin əsas siyasi və ictimai dayaqlarından biri kimi çıxış edir.
Aygün İsmayılova
Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı
