• C. Okt 9th, 2026

Azərbaycan Məşvərət görüşləri formatının tamhüquqlu iştirakçıdır

ByVuqar Ferzeliyev

Okt 9, 2026

        Azərbaycan Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşləri formatına tamhüquqlu iştirakçı kimi qoşulub. Mərkəzi Asiya+Azərbaycan formatı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında möhkəm körpü quracaq, vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacaq, inkişafa güclü təkan verəcək və iqtisadi-ticari, investisiya və mədəni-humanitar əməkdaşlıq üçün, həmçinin davamlı inkişaf məsələləri üzrə birləşdirilmiş qərarların hazırlanmasına kömək edəcəkdir.  Bütün bunlar şübhəsiz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlığını gücləndirəcək.

        8 oktyabr tarixində Türkmənistanın Avaza şəhərində keçirilən Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksək səviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Hesab edirəm ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır.

        Möhtərəm Prezidentimiz cənab İlham Əliyev məmnunluqla vurğulayıb ki, Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib.  Biz bu yardımı çox yüksək qiymətləndiririk.

      Xanlar Mirzəyev,

                              Cəlilabad  Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin   rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir