• C. Okt 9th, 2026

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir.

ByVuqar Ferzeliyev

Okt 9, 2026

   Son dövrdə Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi dövlətlərimiz arasındakı siyasi dialoqun inkişaf etdiyini göstərir. Ötən ildən etibarən ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi tərəflərin əlaqələri daha da möhkəmləndirmək və əməkdaşlığı yeni istiqamətlər üzrə genişləndirmək niyyətini əks etdirir. Bu cür görüşlər qarşılıqlı etimadın güclənməsinə, ortaq maraqların müzakirəsinə və ikitərəfli münasibətlərin davamlı inkişafına şərait yaradır.

   Azərbaycan-Türkmənistan əlaqələri yalnız siyasi təmaslarla məhdudlaşmır, xalqlarımız arasında mövcud olan tarixi, mədəni və mənəvi yaxınlıqla da səciyyələnir. Bu baxımdan, Türkmənistanın təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşa edilməsi xüsusi əhəmiyyət daşıyır. Məscidin təməlinin qoyulması mərasimində hər iki tərəfin iştirakı bu təşəbbüsə verilən önəmi nümayiş etdirir.

   Qardaş Türkmənistanın Azərbaycan xalqına belə bir hədiyyəsi iki xalq arasında dostluğun, qarşılıqlı hörmətin və ortaq mənəvi dəyərlərin rəmzi kimi qiymətləndirilə bilər. Füzulidə məscidin tikilməsi, eyni zamanda, şəhərin bərpası və dini-mədəni həyatının inkişafı baxımından əhəmiyyətli addımdır.

   Bütün bunlar göstərir ki, Azərbaycan və Türkmənistan arasında münasibətlərin möhkəmləndirilməsi üçün həm siyasi iradə, həm də xalqlarımızı birləşdirən tarixi-mənəvi əsaslar mövcuddur. Qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin davam etdirilməsi gələcəkdə əməkdaşlığın daha da genişlənməsinə töhfə verə bilər.

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı                        Hüseyn Eynullayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir