• Ca. Okt 15th, 2026

Siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir.

ByVuqar Ferzeliyev

Okt 15, 2026

Azərbaycan Respublikası da xarici siyasətində digər dövlətlərlə qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və milli maraqların qorunmasına xüsusi önəm verir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirmək, müxtəlif ölkələrlə sıx siyasi əlaqələr qurmaq istiqamətində mühüm addımlar atmışdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən xarici siyasət strategiyası ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasına şərait yaratmışdır. Onun rəhbərliyi dövründə Azərbaycanın xarici siyasətinin əsas prinsipləri formalaşmış, bir çox dövlətlərlə diplomatik münasibətlər inkişaf etdirilmişdir. Bu siyasət nəticəsində Azərbaycan beynəlxalq təşkilatlarda öz mövqeyini möhkəmləndirmiş, regional və qlobal məsələlərin həllində fəal iştirak etməyə başlamışdır.
      Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir. Ölkəmiz müxtəlif dövlətlərlə siyasi dialoqun inkişafına, qarşılıqlı səfərlərin təşkilinə və yüksək səviyyəli görüşlərin keçirilməsinə böyük əhəmiyyət verir. Dövlət başçıları arasında aparılan müzakirələr ikitərəfli münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirir, yeni əməkdaşlıq imkanları yaradır və mövcud problemlərin qarşılıqlı anlaşma əsasında həllinə kömək edir.

Uzun illərdir uğurla inkişaf edən siyasi əlaqələr Azərbaycan ilə dost və qardaş ölkələr arasında münasibətlərdə də özünü aydın şəkildə göstərir. Xüsusilə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər dövlətlərlə əlaqələrimiz qarşılıqlı etimada və ortaq tarixi-mədəni dəyərlərə əsaslanır. Bu ölkələrlə keçirilən görüşlər, imzalanan sazişlər və qəbul edilən birgə bəyanatlar əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır. Dövlətlər arasında siyasi birliyin möhkəmlənməsi iqtisadiyyat, nəqliyyat, enerji, təhsil və mədəniyyət sahələrində də yeni imkanlar açır.
Azərbaycanın xarici siyasətində sülh və sabitliyin qorunması xüsusi yer tutur.      Azərbaycan beynəlxalq təşkilatlarda fəal iştirak etməklə regional təhlükəsizliyin təmin olunmasına və dövlətlər arasında əməkdaşlığın inkişafına töhfə verir. Bu yanaşma ölkəmizin etibarlı tərəfdaş kimi tanınmasına və beynəlxalq arenada nüfuzunun yüksəlməsinə səbəb olur.

Siyasi əlaqələrin uğurlu inkişafı yalnız dövlət başçıları arasında görüşlərlə məhdudlaşmır. Bu münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələr, diplomatik nümayəndəliklərin fəaliyyəti, beynəlxalq tədbirlər və müxtəlif sahələrdə aparılan danışıqlar da mühüm rol oynayır.

Müasir dövrdə siyasi əlaqələrin inkişafı iqtisadi tərəfdaşlığın genişlənməsi üçün də əlverişli şərait yaradır. Siyasi sabitlik və qarşılıqlı etimad xarici investisiyaların cəlb olunmasına, ticarət dövriyyəsinin artmasına və birgə layihələrin həyata keçirilməsinə müsbət təsir göstərir. Azərbaycan əlverişli coğrafi mövqeyi, zəngin enerji ehtiyatları və inkişaf edən nəqliyyat infrastrukturu ilə bir sıra ölkələr üçün mühüm tərəfdaşdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı ölkəmizin beynəlxalq əməkdaşlıqdakı rolunu daha da artırır. Bu layihələr dövlətlər arasında iqtisadi əlaqələri möhkəmləndirməklə yanaşı, regionun tranzit imkanlarının genişlənməsinə də xidmət edir.
      Qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan siyasi əlaqələr bundan sonra da uğurla inkişaf edəcəkdir. Bu əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına və ölkəmizin qarşısında duran strateji məqsədlərin həyata keçirilməsinə xidmət edəcəkdir.

Soltanova Zahidə

Saatlı Dövlət Rəsm Qalereyasının bələdçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir