• Şb. Okt 17th, 2026

Ordumuzla haqlı iftixar duyğusunu yaşayırıq

ByVuqar Ferzeliyev

Okt 17, 2026

      Prezident İlham Əliyev Füzuliyə son səfərlndə vurğulayıb ki, otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı-daş üstündə qoymayıb. ərazilərimizdə işğalçılar tərəfindən törədilmiş əməllərin tək bir adı var – vəhşilik. İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi məhv ediblər. Füzuli şəhəri tamamilə dağıdılıb, onu da ermənilər dağıdıblar. Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Laqeyd münasibət bəsləyirlər. Dövlətimizin başçısının 2023-cü ilin iyulun 31-də imzaladığı sərəncamla da hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir. Ki, bu da təsadüfi deyil. 

      Azərbaycan dövləti və cəmiyyətimiz Ordumuzun əsgər və zabitlərinin Vətən müharibəsində göstərdikləri igidlikləri yüksək dəyərləndirir.

       Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində Ordumuzun şəxsi heyətinin nümayiş etdirdiyi qəhrəmanlıqlar fəxr edirik.  Yaşasın Azərbaycan Prezidenti! Yaşasın Azərbaycan Xalqı! Yaşasın Azərbaycan Əsgəri! bəyimizdir.

       O zamandan uzun vaxt keçməyib, artıq Füzulidə quruculuq və bərpa işləri geniş vüsət alıb. insanlar dogma yurdlarına qayıdırlar.

       Azərbaycan xalqının milli ruhu, birliyi və dövlətimizin güclü iqtisadi potensialı Füzulini qısa zamanda yenidən dirçəldir, onu müasir və abad bir şəhərə çevirir Əminik ki, cənab Prezidentimizin rəhbərliyi ilə xalqımızı qarşıda yeni-yeni uğurlar gözləyir.

                                                                                                            Varid Əsgərov,

    Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai- 

      siyasi məsələlər  şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun  

      müdiri 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir