• Ç. Avq 27th, 2025

Azərbaycan Özbəkistana 50 min doza peyvənd göndərdi — FOTOLAR

ByYenigun.news

İyl 16, 2021

Azərbaycan Respublikası Özbəkistan Respublikasına 50 min doza yeni növ koronavirus infeksiyasına qarşı peyvənd göndərib.

Yenigun.news xəbər verir ki, bu barədə YUNİSEF-ın Özbəkistan nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, peyvəndlər Azərbaycanın Özbəkistandakı səfirliyinin vasitəçiliyilə Daşkəndə çatdırılıb.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Azərbaycan Qırğızıstana da humanitar yardım çərçivəsində 40 min doza “AstraZeneca” peyvəndi göndərəcək.