• Bz. Dek 21st, 2025

Avropa Şurasının prezidenti İrəvana səfər edib

Byadmin

İyl 16, 2021

Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistana səfər edib.

Yenigun.news
 “Armenpress”ə istinadla xəbər verir ki, səfər iki gün davam edəcək.

Səfər çərçivəsində Şarl Mişel Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşəcək.

Görüşdən sonra Nikol Paşinyan və Avropa Şurasının prezidenti mediaya açıqlamalar verəcəklər.

Avropa Şurasının prezidenti, həmçinin, Ermənistan prezidenti Armen Sarkisyanla görüşəcək.