• Be. Noy 25th, 2024

“Patı” ilə bağlı DƏHŞƏTLİ FAKTLAR: “şüşə kamikadze”sini kim və niyə hazırlayır?

ByYenigun.news

İyl 17, 2021

Son aylar “patı” mövzusu həm mediada, həm də sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Bəs, gəncləri zəhərləyən, onları öz qurbanına çevirən bu “patı” nədir? İnsanı necə məhv edir? Təəssüf ki,  metamfetamin olan bu narkotik maddənin istifadəciləri durmadan artır. Ən pisi odur ki, istifadəçilər arasında yeniyetmələr və gənclər üstünlük təşkil edir.

Son vaxtlar ölkəmizdə “patı”, “süşə” kimi süni narkotik istifadəçilərinin sayı durmadan artır. Ən pisi odur ki, yeniyetmələr və gənclər bu şəbəkəyə cəlb olunurlar.

Patı şüşə tərkibli sintetik narkotikdir. Patı və şüşənin əsl adı metanfetamindir. Maddə bədəndə yaralar yaradır, ağciyəri deşir, insanın duruşunu dəyişir və nəticədə öldürür.

Daxili İşlər Nazriliyinin mətbuat xidmətinin inspektoru Anar Qafarov bildirib ki, bu cür  psixotrop maddələr ölkəyə qeyri-qanuni yollarla gətirilir. Daxili İşlər Nazriliyi və aiddiyyəti qurumlar bununla əlaqədar mütəmadi mübarizə tədbirləri həyata keçirirlər.

Anar Qafarov onu da qeyd etdi ki,  son 6 ay ərzində polis əməkdaşları tərəfindən ümumilikdə müxtəlif növ narkotik vasitələr olan 2 ton 213 kiloqram narkotik vasitə və psixotropik maddə dövriyyədən çıxarılıb. Həmin narkotik və psixotrop maddələrdən 185 kiloqramı  patı və ya şüşə adlanan metanfetamindir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir