İyulun 30-u saat 19 radələrində Binəqədi rayon sakini Özbəkistan Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, Azərbaycan vətəndaşı 1980-ci il təvəllüdlü Elçin Ələkbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nailə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elçin Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.