• C. Noy 22nd, 2024

Türkiyədə meşə yanğınlarını törədənlər müəyyənləşdi

ByYenigun.news

Avq 1, 2021

Türkiyədə terrorçu təşkilat kimi tanınan “Atəşin uşaqları” ölkə meşələrində baş verən yanğınlara görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə “Yeni şəfəq” qəzeti məlumat yayıb.

Məlumata görə, müvafiq bəyanat PKK terror təşkilatının sosial media hesablarında yer alıb.

Bəyanatda bildirilib ki, təşkilat üzvlərini bu addımları atmağa ölkə hökumətinin “başqa dildən anlamaması” vadar edib.

Türkiyə rəsmiləri yayılan xəbərləri hələ ki, şərh etməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir