Xalq artisti Ağadadaş Ağayevin səhhəti yaxşılaşıb.
Yenigun.news bildirir ki, bu barədə Milli.az-a müğənninin oğlu Səbuhi Ağayev məlumat verib.
O, atasının hazırda toy məclislərində də iştirak etdiyini bildirib: “Həkimlər deyir ki, onun səhhəti yaxşılığa doğru gedir. Elə özümüz də bunu müşahidə edirik. Atam xəstəliyin ilk vaxtlarından üç aydan bir müayinə üçün Türkiyəyə gedirdi. Avqustun 20-dən sonra yenidən İstanbula gedəcək. Bu müayinədə xəstəliyin müalicəsində irəliləyişlə bağlı diaqnoz qoyulacaq”.
Qeyd edək ki, Xalq artisti uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.