• C. Dek 27th, 2024

ATƏT Kəlbəcərdə jurnalistlərin faciəli ölümü ilə bağlı bəyanat yaydı

ByYenigun.news

İyn 4, 2021

ATƏT bu gün Kəlbəcərdə mülki şəxslərin, o cümlədən, iki media işçisinin minaya düşərək şəhid olması ilə bağlı bəyanat yayıb.

“Yenigun.news” xəbər verir ki, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeiro Məhərrəm İbrahimovun (Əlioğlu) və operator Sirac Abışovun ölümü ilə bağlı narahatlığını və kədərini ifadə edib:

“Yayılan məlumatlara görə, “Azərtac” və AzTV-də işləyən iki jurnalist bu gün Kəlbəcər rayonunda minanın partlaması nəticəsində vəzifə borcunu yerinə yetirərkən həlak olub. AzTV-nin rejissoru Emin Məmmədov da daxil olmaqla, digər şəxslərin xəsarət aldığı bildirilir.

Məhərrəm İbrahimov və Sirac Abışovun faciəli ölümü dəhşətli xəbərdir. Onların yaxınlarına və həmkarlarına başsağlığı verirəm”.

O vurğulayıb ki, hüquq-mühafizə orqanları məsələ ilə bağlı cinayət işi açıb,  cavabdehlərin məsuliyyətə cəlb ediləcəyinə ümidvardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir