• Ca. Sen 29th, 2022

Azərbaycanlı zabit Böyük Britaniyanın mükafatı ilə təltif edildi – Foto

ByYenigun.news

Apr 9, 2021

Azərbaycan Ordusunun zabiti Murtuz Zeynalov Sandhurst Kral Hərbi Akademiyasında təhsilini fərqlənmə ilə başa vurub. 

“Yenigun.news” xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, M. Zeynalov beynəlxalq kursant kimi xüsusi xidmət göstərdiyinə görə “Hodson’s Horse Award” Mükafatına layiq görülüb. 

Həmçinin məlumatda vurğulanır ki, Birləşmiş Krallıq mütəmadi olaraq Azərbaycanın və bölgənin Silahlı Qüvvələrinin heyətini britaniyalı həmkarları ilə birlikdə peşəkar hərbi təlimlərdə iştirak etməyə dəvət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.