• Şb. Dek 10th, 2022

Vilayət Eyvazov qazi atasına yüksək vəzifə verdi

ByYenigun.news

May 19, 2021

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Vətən Müharibəsi qazisi Musa Qasımzadənin atasına yeni vəzifə verib.

Yenigun.news xəbər verir ki, nazirin əmri ilə polis mayoru Qubad Qasımov Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi təyin olunub.

Q.Qasımov bundan əvvəl həmin bölmədə sahə müvəkkili olub.

Qeyd edək ki, qazi M.Qasımzadə Prezidentin sərəncamı ilə “Qubadlının işğaldan azad olunmasına görə”, “Cəbrayılın işğaldan azad olunmasına görə” və “Hərbi Xidmətlərə” görə medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir