• C. Apr 19th, 2024

“Ever Given” dayazlıqdan çıxarıldı

ByYenigun.news

Mar 29, 2021

Süveyş kanalını bağlayan “Ever Given” konteyner gəmisi dayazlıqdan çıxarılıb.

Yenigun.news xəbər verir ki, bu barədə dəniz xidmətləri təminatçısı “Inchcape Shipping” məlumat yayıb: “Ever Given” yerli vaxtla saat 04:30 radələrində müvəffəqiyyətlə dənizdən çıxarılıb”.

“Bloomberg” nəşrinin məlumatına görə, kanalın hərəkətə nə vaxt açılacağı hələlik məlum deyil. Hazırda növbədə 450-dən çox müxtəlif gəminin olduğu bildirilib.

Xatırladaq ki, Çindən Niderlanda yola düşən 400 metr uzunluğa sahib “Ever Given” konteyner gəmisi martın 23-də Süveyş kanalında saya oturub.

Qeyd edək ki, Süveyş kanalı uzunluğu 160 km, eni 250 m-ə və dərinliyi 20 m-ə qədər olmaqla dünyanın ən fəal istifadə olunan dəniz ticarət yollarından biridir.

https://youtu.be/6fkcv6L-V3E

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir