• Şb. Apr 27th, 2024

Mehriban Əliyeva veteranları təbrik etdi

ByYenigun.news

May 9, 2021

Birinci vitse-prezident Mehriban Əliyeva 9 May – faşizm üzərində Qələbə Günü münasibətilə veteranları təbrik edib.

“Yenigun.news” xəbər verir ki, Mehriban Əliyevanın rəsmi “İnstagram” hesabında paylaşdığı təbrikdə deyilir: 

“Əziz veteranlar!

Sizə ən xoş arzularımı və Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə – sülh və əmin-amanlıq arzulayıram!

Qələbə Gününüz mübarək!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir