• Ca. Apr 25th, 2024

QƏRƏZLİ YANAŞMA, İKİLİ STANDARTLAR NÜMUNƏSİ

ByYenigun.news

Apr 28, 2021

ABŞ Prezidenti C.Baydenin 24 aprel tarixli bəyanatı beynəlxalq münasibətlər sistemində hökmranlıq edən “ikili standartlar” siyasətinin təzahürüdür. Keçmişə nəzər salsaq, görərik ki, soyqırıma məruz qalan ermənilər deyil, əksinə onlar tarixin müxtəlif dönəmlərində insanlıqla bir araya sığmayan əməllər törədiblər. 1915-ci il hadisələrini gündəmə gətirənlər həmin dövrdə erməni silahlı dəstələrinin 500 mindən artıq dinc insanı kütləvi şəkildə öldürmələrinə dair faktların üstündən sükutla keçirlər. Sual olunur: Nə üçün insan hüquqlarından danışanlar erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirirlər? Ermənilər bizim dövrümüzdə də öz çirkin əməllərini davam etdirirlər. Uzaq tarixə baş vuranlar, saxta erməni “soyqırımı” iddialarını gündəmə gətirənlər üç onillik bundan əvvəl ermənilər tərəfindən Xocalının bir gecənin içində yerlə yeksan edilməsini, burada XX əsrin növbəti faciəsinin törədilməsini – şəhərin azərbaycanlılardan ibarət sakinlərinin kütləvi şəkildə amansızlıqla qətlə yetirilmələrini görməzdən gəlirlər. Tarixdə baş verənlərə belə yanaşma qərəzlilikdir və ikili standartlar nümunəsidir. Bütün bunlara görə ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsi qəbuledilməzdir.
Əsl həqiqət ondan ibarətdir ki, tarixdə dəfələrlə ermənilər türk-müsəlmanlara qarşı qətliamlar, soyqırımılar törədib. Tarixdən məlum olduğu kimi, 1905-1907, 1918-1920-ci illərdə erməni-daşnakları azərbaycanlılara qarşı kütləvi qətliamlar törədiblər. Erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırım siyasətinin davamı olan Xocalı faciəsi zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş beynəlxaq cinayətdir. Göründüyü kimi, qondarma “erməni soyqırımı” iddialarının tarixi, hüquqi əsasları yoxdur. Əsl soyqırımını isə, qeyd etdiyimiz kimi, məhz ermənilər törədiblər.

   Beləliklə, qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidentinin bəyanatında səsləndirilən fikirlər obyektivlikdən uzaqdır.  Yüz il bundan əvvəl baş vermiş hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymət verilməməsi qərəzlilik və ikili standart nümunəsidir. Ona görə də bu cür addımlar beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə və şiddətlə qınanılmalıdır.

Ələkbər Niftiyev, Cəlilabad Rayon Təhsil Şöbəsini metodisti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir