• Ca. Apr 25th, 2024

“Rusiyanı beynəlxalq öhdəliklərə riayət etməyə çağırırıq” – NATO

ByYenigun.news

Apr 15, 2021

“Rusiyanın Ukraynanın içində və çevrəsindəki hərbi birləşmələrini müzakirə etdik”.

“Yenigun.news” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq NATO Şurasının müdafiə və xarici işlər nazirlərinin iclasından sonra ABŞ dövlət katibi Entoni Blinken və ABŞ müdafiə naziri Lloyd Austinlə keçirdiyi mətbuat konfransında deyib.

Y.Stoltenberq bunu Krımın 2014-cü ildəki ilhaqından indiyədək Rusiyanın ən böyük birləşməsi olduğunu qeyd edib:

“NATO müttəfiqləri Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə tam dəstək verməkdədir. Rusiyanı gərginliyi dərhal azaltmağa, təcavüzkar davranmaqdan əl çəkməyə və beynəlxalq öhdəliklərə riayət etməyə çağırırıq.

Bugünkü iclas birliyimizin vacib göstəricisidir. Qarışıq və rəqabətin olduğu bir dünyada NATO-nu gücləndirməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir