“Liviyanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və siyasi birliyinin qorunmasına önəm veririk”.
“Yenigun.news” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfərdə olduğu Liviyanın paytaxtı Tripolidə həmkarı Necla əl-Menquşla birgə keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, iki ölkənin 500 ildən çox tarixi, mədəni və bəşəri bağları var:
“Qərbi, şərqi, cənubu ilə Liviya bizim üçün müqəddəs bir ölkədir. Türkiyə olaraq Liviyanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və siyasi birliyinin qorunmasını özümüz üçün prinsip hesab edirik və buna önəm veririk. Türkiyə davamlı sülh, sabitlik və rifah üçün böyük əmək sərf edir”.
Çavuşoğlu vurğulayıb ki, iqtisadi əməkdaşlıq və Liviyadakı investisiyalar, eləcə də, ikitərəfli ticarət əlaqələrini müzakirə ediblər:
“Türkiyə özəl sektorunun Liviyaya yenidən qayıtmasını müzakirə edirik. Bu məsələdə birlikdə əmək sərf olunur”.