• Ç. May 8th, 2024

Cəlilabad rayonunda ağacəkmə aksiyası keçirilib

ByYenigun.news

May 10, 2021

10 may – ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Cəlilabad şəhəri, Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.Ulu Öndərin doğum gününə həsr olunmuş aksiyada Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının rəhbərliyi, aparatının əməkdaşları, digər vəzifəli şəxslər və idarə-müəssisələrinin kollektivləri də iştirak ediblər.Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ekologiyanın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ətraf mühitin mühafizəsi işində ictimai nəzarətin gücləndirilməsi və yaşıllıqların qorunması milli inkişaf strategiyasının prioritet sahələrindən birinə çevrilib.Rayon ictimaiyyətinin yaxından iştirak etdiyi aksiyada ölkəmizin iqlim şəraitinə uyğun, dözümlü və dekorativ cəhətdən yaraşıqlı ağaclar əkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir