Prezident İlham Əliyevin yanvarın 7-də yerli telekanallara müsahibəsində bir sıra əhəmiyyətli məsələlərə aydınlıq gətiməklə yanaşı, rəsmi Bakının bölgədə yaranmış yeni situasiya ilə bağlı mövqeyini də açıq ortaya qoydu. İlk növbədə dünyada yaranmış vəziyyətin Azərbaycana mümkün təsirləri ilə bağlı prezidentin açıqlamalarından mühüm nəticələr çıxarmaq olar. Azərbaycanın mövqeyinin açıqlanması regionda maraqlı olan qüvvələrə mesaj verilməsi məqsədini daşıyırdı.
Prezidentin açıqlamalarından ilk növbədə anlaşılan odur ki, bütün müsəlman ölkələrinin maraqlarını biz öz maraqlarımız kimi qəbul
edirik, Fələstin xalqının üzləşdiyi bu fəlakətlə bağlı yenə də biz ön sıralarda olmuşuq. Suriyada artıq Əsəd rejiminin çökməsindən, yeni hökumətin formalaşmasından sonra Türkiyənin ardınca ikinci ölkə Azərbaycan oldu ki, oraya humanitar yardım göstərdi və biz istənilən digər yardımları göstərməyə hazırıq.
Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha
göstərir. Əlbəttə, burada ölkəmizin həm iqtisadi potensialı, siyasi çəkisi, hərbi gücü nəzərə alınıbdır. İslam həmrəyliyi ilə bağlı siyasətimiz nəzərə alınıbdır və eyni zamanda, bu təşkilat öz coğrafiyasını da genişləndirir. Bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. D-8-in genişlənməsi siyasətindən sonra birinci seçim Azərbaycan olmuşdur. Əlbəttə ki, bu, ilk növbədə Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir.
Qeyd edək ki, D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. ən böyük təşkilatdır, ümumi daxili məhsulu 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Əsas məsələ D-8-in gələcək fəaliyyəti ilə bağlı olacaq. D-8-in təşkilat olaraq daha böyük nüfuza malik olması məsələsi tam realdır. Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. “İslam Səkkizliyi” adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Əlbəttə, bu,. “Bu, bizim üçün növbəti uğurlu addım oldu”, – deyən Prezident bildirib ki,
Artıq D-8 həm Qafqaz, həm də Xəzər regionuna genişlənib və coğrafiyamız nə qədər geniş olsa, imkanlarımız da o qədər geniş olacaq. Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər, D-8 də burada ciddi rol oynaya bilər. Azərbaycan bundan sonra da cənab Prezidentin rəhbərliyi ilə bütün sahələrdə qarşıya qoyulmuş vəzifələri uğurla həyata keçriləcəkdir.
Zaur İsazadə,
Cəlilabad RİH-nin əməkdaşı