• C. Dek 27th, 2024

Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu.

ByVuqar Ferzeliyev

Noy 14, 2024

Türk dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir. Prezident son iki ildə Qırğız Respublikasına üçüncü dəfə səfər etdi. Dövlətimizin başçısının xarici siyasəti türkdilli dövlətlərə səfərlərlə zəngindir. Qarşılıqlı səfərlər Türk Dövlətləri Təşkilatının gücünü daha da artırır. Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdi. Təşkilat getdikcə güclənərək proseslərə təsir imkanlarını artırır. İttifaqın inkişafında, güc mərkəzinə çevrilməsində Türkiyə və Azərbaycanın rolu çox böyükdür. Orta dəhliz olaraq türk dövlətlərini birləşdirmək, Şərqlə Qərb arasında iqtisadi əlaqələri genişləndirmək xətti Azərbaycandan keçir. Bu da ölkələrimizin gələcəyə strateji baxışının daha aydın olmasından, xarici siyasətin istiqamətlərinin dəqiqliyindən xəbər verir. Azərbaycanın xarici siyasət prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet istiqamət kimi müəyyənləşib. 

Sədafər Hüseynov

Saatlı Rayon Ağsaqqallar şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir