• Ç. Apr 24th, 2024

Ramazanın 25-ci gününün duası – İmsak və iftar vaxtı

ByYenigun.news

May 7, 2021

Sabah Ramazan ayının 25-ci günüdür.

Yenigun.news xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 8-də imsak vaxtı saat 03:54-də, iftar vaxtı isə 19:58-dədir.

Mayın 8-i üçün namaz vaxtları:

Sübh azanı 03:59

Zöhr azanı 12:37

Əsr azanı 17:37

Məğrib azanı 19:58

İşa azanı 21:10

25-ci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin!”

Tərcüməsi: “İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir