• C. Apr 26th, 2024

Dostluq və strateji tərəfdaşlıq amalımızdır

ByVuqar Ferzeliyev

Okt 4, 2022

        Prezident İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə bu ölkə ilə siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurlu inkişafından danışarkən, bu gün iki dövlət arasında fəal əməkdaşlığın mövcudluğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini vurğulayıb.

      Son illərdə Bolqarıstan və Azərbaycan, iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Prezident İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri bu əlaqələrin uğurla davam etdiyinə bir daha əyani sübutdur. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin yüksələn xətlə inkişafının təsdiqidir. Səfərin məqsədi, ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın güclənməsinə böyük təkan vermişdir. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlığı daha da inkişaf etdirib.

       Azərbaycan–Bolqarıstan strateji əməkdaşlığı bir çox istiqamətləri, o cümlədən, enerji təhlükəsizliyini əhatə edir. Belə ki, iki ölkə arasında enerji sahəsi ilə bağlı məsələlər mühüm önəm daşıyır. Bu, ilk növbədə, Cənub Qaz Dəhlizinin istismarı ilə bağlıdır. Hazırda bu ölkəni adı çəkilən dəhlizlə birbaşa xətt bağlayır.

      Hazırda Azərbaycanın Avropaya ixrac edəcəyi təbii qazın həcminin artırılması aktuallıq kəsb edən məsələdir. Bolqarıstan Azərbaycandan qaz alan 3 Avropa İttifaqıİ ölkəsindən biridir. 2021-ci ildə Azərbaycandan Bolqarıstana qaz tədarükü 280 milyon kubmetr təşkil edib. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri bütövlükdə Azərbaycanın gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinin göstəricisidir. Həmçinin iki ölkə arasında bir sıra mühüm sahələrdə kifayət qədər səmərəli əməkdaşlıq sistemi qurmaq mümkün olub. Lakin daha çoxvektorlu əməkdaşlıq qurmaq potensialı mövcuddur. Bu da Azərbaycanla tərəfdaş olan ölkələrin diqqətindən yayınmır. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin Bolqarıstana səfəri bütövlükdə Avropa müstəvisində Azərbaycana yeni əməkdaşlıq imkanları açacaq.

                                                                                   Səməd Mustafayev,

                                                         Qarazəncir kənd Ərazi Dairəsi üzrə nümayəndə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir