• Ç. Dek 11th, 2024

Avropa Birliyi 15 erməninin qaytarılmasını və mina xəritələrinin Azərbaycana verilməsini alqışladı

ByYenigun.news

İyn 13, 2021

Avropa Birliyi Azərbaycan və Ermənistanın Gürcüstanın da vasitəçiliyi ilə ilə saxlanılan 15 erməninin Azərbaycan tərəfindən azad edilməsi və minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən təqdim edilməsinə dair hərəkətlərini alqışlayır.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu, Avropa Birliyinin (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borelin bəyanatında əksini tapıb.

C.Borel bəyanatında qeyd edib ki, Bakı və Yeravan tərəfindən göstərilən bu vacib humanitar və etimad inşası jestinin tərəflər arasında gələcək əməkdaşlığa aparan yolu açacağına, saxlanılan digər ermənilərin də azadlığa buraxılacağına və gələcəkdə mülki itkilərin qarşısının alınması üçün minalanmış bütün ərazilərin xəritəsinin Azərbaycana təhvil veriləcəyinə ümidvardır: 

“Avropa Birliyi və digər beynəlxalq aktorlar bu istiqamətdəki fəaliyyətləri aktiv şəkildə cəsarətləndiriblər və biz iştirakçı ölkələri gələcək əməkdaşlığa çağırırıq. Biz mümkün olduğu zaman stabilləşmənin dəstəklənməsi, post-münaqişə reabilitasiyası və etimad inşası tədbirləri ilə münaqişənin davamlı və hərtərəfli həllinin təşviqinə davam edəcəyik. Ermənistan və Azərbaycana ATƏT-in Misk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqlarda yenidən iştirak etməyə dair çağırışımızı təkrar edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir