• Bz. Noy 10th, 2024

Azərbaycan – Ermənistan sərhədindəki gərginliklə bağlı Rusiya XİN-dən AÇIQLAMA

ByYenigun.news

May 26, 2021

“Rusiya tərəfi Ermənistan – Azərbaycan sərhədindəki hadisənin həlli, gərginliyin səngiməsi prosesində yaxından iştirak edir. Biz Bakı və Yerevanla daim təmasdayıq”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Bu cür hallar yalnız dinc danışıqlar yolu ilə həll olunmalıdır. Uzunmüddətli çözüm vasitəsi olaraq sərhədin delimitasiyası prosesinə başlamağı, daha sonra isə demarkasiyasını həyata keçirməyi görürük. Rusiya bu işə hərtərəfli kömək etməyə hazırdır” – deyən XİN rəsmisinin fikrincə, Azərbaycan ilə Ermənistan tam dialoqa qayıtmaq və qarşılıqlı etimadı bərpa etmək yolunun hələ əvvəlindədir: “Rusiya Ermənistanla Azərbaycan arasında münasibətləri yoluna qoymaq, Cənubi Qafqazdakı vəziyyəti sabitləşdirmək və regionu rifah bölgəsinə çevirmək üçün hərtərəfli vasitəçilik səyləri göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir