• Be. Okt 14th, 2024

Hərbi Dəniz Qüvvələrinin təlimində gecə atışları yerinə yetirildi

ByYenigun.news

İyn 22, 2021

Müdafiə Nazirliyinin 2021-ci ilin döyüş hazırlığı planına əsasən həyata keçirilən təlimlərin birinci mərhələsi başa çatıb.

Yenigun.news xəbər verir ki, mərhələnin son tapşırığı hava və sualtı hədəflərə qarşı atışların yerinə yetirilməsi olub.

Tapşırığın icrası zamanı düşmənin hava hədəfləri, həmçinin sualtı qayıqlarına dərinlik bombaları atılıb və radiolokasiya maneələri qoyulub. Bundan sonra plana uyğun olaraq müəyyən olunmuş hədəflərə atəş açılıb.

Tapşırıq döyüş gəmiləri dəstəsi tərəfindən uğurla yerinə yetirilib.

Qeyd edək ki, təlimin ikinci mərhələsi sabah keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir