• Şb. Apr 27th, 2024

Çimərlikdə “Niva” sürənlər saxlanıldı – Video

ByYenigun.news

İyn 22, 2021

Sumqayıt şəhəri Novxanı çimərliyində insanların istirahətini pozan sürücülər saxlanılıblar.

“Yenigun.news” xəbər verir ki, bir neçə gün əvvəl idarə etdikləri “Niva” markalı avtomobillərlə Novxanı çimərliyində vətəndaşların istirahətini pozaraq bu görüntüləri sosial şəbəkələrdə yayan sürücülər Sumqayıt Şəhər DYP əməkdaşları tərəfindən saxlanılıblar.

Həmin maşınların sürücüləri, Sumqayıt şəhər sakini Nurlan Mirzəliyev və Abşeron rayon sakini Kənan Əlicanov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-maddəsi ilə inzibati protokollar tərtib olunub və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir