• C. Dek 27th, 2024

Portuqaliyalı futbolçu: “Azərbaycan millisi ilə oyun asan olmayacaq”

ByYenigun.news

Mar 23, 2021

“Bizi seçmə mərhələdə çox vacib oyun gözləyir. Azərbaycanla qarşılaşma asan olmayacaq. Ümumiyyətlə, indi rahat oyunlar olmur. Qələbə ilə başlamaq önəmlidir. Hədəfimiz 3 xaldır”.

“Report”un məlumatına görə, bu fikirləri Portuqaliya millisinin futbolçusu Danilu Pereyra federasiyanın rəsmi saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Azərbaycana qarşı oyunla bağlı danışarkən deyib.

Ölkəsinin “Portu” klubunda çıxış edən yarımmüdafiəçi bildirib ki, müasir futbolda zəif komanda yoxdur: “Yaxşı təşkilatlanmış, əks-hücuma sürətlə keçən, arxa və ön xətdə sabit oynayan kollektivlər var. Toplanışa yeni başlamışıq və düzgün nəticələr çıxarmaq üçün Azərbaycanı yaxşı təhlil edəcəyik”.

30 yaşlı oyunçu matçın İtaliyaya salınmasına da toxunub: “Yeni reallıqlara öyrəşməliyik. Turində azarkeşsiz oynamaq, fikrimcə, problem yaratmayacaq. Çünki düşüncə tərzi eyni olacaq və bizə həvalə olunan məsuliyyətdən çəkinməyəcəyik. Bütün gücümüzlə mübarizəyə atılacağıq”.

Qeyd edək ki, martın 24-də “Yuventus” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Yenigun.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir